satellite   Azerspace-1: 11135 H 30000

KİV: Yaponiya ABŞ-dən hərbi-nəqliyyat təyyarələri almaq niyyətindədir

KİV: Yaponiya ABŞ-dən hərbi-nəqliyyat təyyarələri almaq niyyətindədir

Yaponiya Özünümüdafiə Qüvvələrinin ehtiyacları üçün Amerika istehsalı olan hərbi-nəqliyyat təyyarələri almaq niyyətindədir.

Naxçıvan televiziyası-ın “Kyodo” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiyanın Baş naziri Şigeru İşiba fevralın 7-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşündə bildirib.

Fərziyyələrə görə, bu addım ABŞ-nin müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb etməsi ilə bağlı təzyiqləri azaltmaq cəhdi kimi atılıb. Agentliyin məlumatına əsasən, İşibanın təklifi qəbul edilib.

Ehtimal olunur ki, söhbət C-17 təyyarələrindən gedir; bu təyyarələrin xüsusiyyətləri Özünümüdafiə Qüvvələrində istifadə olunan Yapon istehsalı C-2 təyyarələrinin göstəricilərindən üstündür. Agentliyin qeyd etdiyinə görə, C-17 təyyarələri "Boeing" korporasiyası tərəfindən 2015-ci ildə istehsaldan çıxarılıb, buna görə də sövdələşmə baş tutarsa, Yaponiya istifadə olunmuş hava texnikası əldə edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM