satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə rəhbərliyi Rusiya – Ukrayna müharibəsinin yaxın vaxtlarda başa çatacağına inanır

Türkiyə rəhbərliyi Rusiya – Ukrayna müharibəsinin yaxın vaxtlarda başa çatacağına inanır

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Rusiya – Ukrayna müharibəsinin yaxın vaxtlarda sona çatacağına ümid etdiyini açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ölkənin baş diplomatı Qətərin “Al Jazeera” telekanalına verdiyi müsahibəsində bildirib.

“Düzünü desək, Ukraynadakı müharibə ilə bağlı biz onun başa çatması üçün əlamətlər görürük”, – Fidan qeyd edib.

Nazir vurğulayıb ki, Türkiyə yaxın aylarda bu istiqamətdə real addımlar atılmasını gözləyir və əlavə edib: “Yaydan əvvəl biz konkret bir şey görəcəyik”.

Nazir yaxın vaxtlarda böhrandan çıxmağa səbəb ola biləcək addımların atılacağına inandığını söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM