satellite   Azerspace-1: 11135 H 30000

Şimali Koreya Rusiyanın Kursk bölgəsinə əlavə qüvvələr göndərib

Şimali Koreya Rusiyanın Kursk bölgəsinə əlavə qüvvələr göndərib

Şimali Koreya Ukraynaya qarşı müharibəsini dəstəkləmək üçün Rusiyaya daha çox qoşun göndərib.

Naxçıvan televiziyası  “Washington Post“a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Kəşfiyyatı məlumat yayıb.

Məlumatda bildirilib ki, Şimali Koreya Rusiya-Ukrayna cəbhələrində yerləşdirilən əsgərləri ağır itkilər verdikdən sonra Rusiyaya əlavə qoşun göndərib.

Qeyd edilib ki, yanvar-fevral ayları arasında 3000-ə qədər Şimali Koreya hərbçisi Rusiyaya göndərilib.

Oktyabrda göndərilən kontingentindən fərqli olaraq bu qrupa motoatıcılar, mühəndislər və elektron döyüş bölmələri daxildir.

Cənubi Koreya kəşfiyyatı bildirib ki, Kurskda Şimali Koreyanın 300 hərbçisi ölüb, 2700-ü yaralanıb.

“Yonhap” agentliyi Şimali Koreya qoşunlarının yanvarın ortalarından cəbhə xəttindəki Kursk bölgəsində döyüşlərdə iştirak etmədiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM