satellite   Azerspace-1: 11135 H 30000

Peskov: Rusiya və ABŞ diplomatlarının İstanbul görüşü məsələsində irəli qaçmaq lazım deyil

Peskov: Rusiya və ABŞ diplomatlarının İstanbul görüşü məsələsində irəli qaçmaq lazım deyil

Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda aparılan danışıqların nəticələri ilə bağlı məlumat təqdim olunacaq, irəli qaçmağa gərək yoxdur.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkə prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.

"Bu məsələ ilə bağlı Ər-Riyadda əldə olunmuş prinsipial razılaşmalar var. Hazırda İstanbulda ekspertlər səviyyəsində görüş keçirilir, diplomatlarımız iki prezident arasında telefon danışığı zamanı əldə olunan anlaşmanı və Ər-Riyadda yüksək səviyyəli nümayəndə heyətləri arasında əldə olunmuş razılaşmaları inkişaf etdirmək üzərində işləyirlər. Hələlik qabağa qaçmaq lazım deyil. Danışıqların nəticələri barədə məlumat bu və ya digər şəkildə veriləcək “, - Peskov qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM