satellite   Azerspace-1: 11135 H 30000

Filippində yanğın baş verib, 8 nəfər ölüb

Filippində yanğın baş verib, 8 nəfər ölüb

Filippinin Keson-Siti şəhərində üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Yanğından Mühafizə Bürosu (BFP) məlumat yayıb.

Hadisə nəticəsində biri uşaq olmaqla 8 nəfər ölüb, bir nəfər isə yaralanıb.

Yanğın səhər saat 11 radələrində başlayıb, yanğınsöndürənlər alovu 3 saatdan sonra söndürə biliblər.

Qeyd olunub ki, hadisə yerinə 24 yanğınsöndürən maşın və üç təcili tibbi yardım briqadası göndərilib.

Yanğın nəticəsində dəymiş zərərin 3,6 milyon Filippin pesosu (62 min dollar) olduğu bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM