satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna son üç ildə 118 milyard dollardan çox beynəlxalq yardım alıb

Ukrayna son üç ildə 118 milyard dollardan çox beynəlxalq yardım alıb

Son üç il ərzində Ukrayna büdcəsinə 118 milyard dollardan çox beynəlxalq yardım daxil olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin bu gün yaydığı açıqlamada deyilir.

“2022-ci ilin fevral ayından bəri Ukrayna əsas tərəfdaşlarından 118 milyard dollardan çox birbaşa büdcə dəstəyi alıb”, - deyə nazirliyin saytında dərc olunmuş bəyanatda bildirilir.

Qeyd olunur ki, ötən il Ukrayna büdcəsinə 41,7 milyard dollar beynəlxalq yardım daxil olub. 2025-ci ildə beynəlxalq maliyyələşdirməyə olan ehtiyac isə 39,3 milyard dollar təşkil edir.

Prezident Volodimir Zelenski Ukraynanın öz silahını istehsal etmək üçün maliyyə vəsaitinin çatışmamasından və Qərbin yardımının yavaş templə daxil olmasından şikayətlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM