satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin hakim partiyası Öcalanın çağırışına münasibət bildirib

Türkiyənin hakim partiyası Öcalanın çağırışına münasibət bildirib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Efkan Ala PKK terror təşkilatının həbsdəki lideri Abdulla Öcalanın tərəfdarlarına çağırışına münasibət bildirib.

Naxçıvan televiziyası "TRT Haber"ə istinadən xəbər verir ki, partiya rəsmisi Türkiyə üçün çağışın nəticə verib-verməyəcəyinin vacib olduğuna diqqət çəkib. 

“Çağırışın mahiyyəti silahı yerə qoymaq və terror təşkilatının özünü ləğv etməsidir. Biz nəticəyə baxacağıq”.

Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM