satellite   Azerspace-1: 11135 H 30000

Kanadanın yeni baş naziri Vaşinqtona xəbərdarlıq edib

Kanadanın yeni baş naziri Vaşinqtona xəbərdarlıq edib

“Kanada heç vaxt ABŞ-nin bir hissəsi olmayacaq”.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Kanadanın hakim Liberal Partiyasının yeni lideri, tezliklə ölkənin baş naziri olacaq Mark Karni deyib.

“Amerika Kanada deyil və Kanada heç vaxt heç bir şəkildə və ya formada Amerikanın bir hissəsi olmayacaq. Bu mübahisəni biz başlamamışıq. Ticarətdə, xokkeydə olduğu kimi, Kanada qalib gələcək”, - deyə siyasətçi bildirib.

O, ABŞ-yə güvənmədiyini deyib: “Bilirəm ki, bu qara günləri bizə artıq etibar edə bilməyəcəyimiz bir ölkə gətirib. Birləşərək sarsıntıdan çıxa biləcəyik. Sizə söz verirəm ki, biz birlikdə bu böhranın öhdəsindən gələcəyik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM