satellite   Azerspace-1: 11135 H 30000

Ağ Ev USAID proqramlarının 83 %-nin fəaliyyətini dayandırıb

Ağ Ev USAID proqramlarının 83 %-nin fəaliyyətini dayandırıb

Ağ Ev Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının 83 %-nin fəaliyyətini rəsmi olaraq dayandırıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində məlumat verib.

"Altı həftəlik yoxlamadan sonra biz rəsmi olaraq USAID proqramlarının 83 %-nin fəaliyyətini dayandırdıq. İndi ləğv edilmiş 5,2 min müqavilə çərçivəsində on milyardlarla dollar ABŞ-nin maraqlarına uyğun olmayan şəkildə xərclənib", - o yazıb.

Rubionun sözlərinə görə, qüvvədə qalan USAID proqramlarının (təxminən 1000 proqram) idarə edilməsi ABŞ Dövlət Departamentinə həvalə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM