Hakan Fidan niderlandlı həmkarı ilə Ukrayna, Suriya və Qəzzanı müzakirə etməyi planlaşdırır

Hakan Fidan niderlandlı həmkarı ilə Ukrayna, Suriya və Qəzzanı müzakirə etməyi planlaşdırır

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Ankarada Niderlandın xarici işlər naziri Kaspar Veldkampla danışıqlar aparacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Görüşün gündəliyində ikitərəfli məsələlərlə yanaşı, Ukraynada sülh nizamlanmasının perspektivləri, Suriya və Qəzza zolağında vəziyyət də yer alacaq.

"Fidan martın 11-də Niderland XİN rəhbəri ilə görüşdə Rusiya-Ukrayna müharibəsinin ədalətli və davamlı sülhə nail olmaqla dayandırılmasının, həmçinin Türkiyənin Avropa təhlükəsizliyi məsələləri ilə bağlı danışıqlar prosesində iştirakının vacibliyini vurğulamağı planlaşdırır. O qeyd edəcək ki, Niderland üçün Türkiyə-Avropa İttifaqı münasibətlərinə konstruktiv yanaşma nümayiş etdirmək vacibdir", - mənbə bildirib.

Suriya kontekstində Fidan bu ölkəyə qarşı "sanksiyaların tam aradan qaldırılması zərurəti" ilə bağlı məsələni yenidən qaldırmağı və Suriyanın "sabit və inkişaf edən" dövlət idarəetmə strukturu qura bilməsi üçün beynəlxalq dəstəyin vacibliyini qeyd etməyi planlaşdırır.

Qəzza zolağındakı vəziyyətlə bağlı müzakirələr çərçivəsində türkiyəli nazir iki dövlətin yaradılması qərarının Fələstində nizamlanmanın yeganə variantı olduğunu bir daha diqqətə çatdıracaq.

Niderlandla ikitərəfli münasibətlər kontekstində Fidan "hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafının iki ölkə arasında mövcud olan möhkəm iqtisadi münasibətlərə əlavə töhfə verəcəyini" bəyan etməyi planlaşdırır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM