satellite   Azerspace-1: 11135 H 30000

İstanbuldan Moskvaya uçan təyyarə Vilnüsdə təcili eniş edib

İstanbuldan Moskvaya uçan təyyarə Vilnüsdə təcili eniş edib

İstanbuldan Moskvaya uçan “Turkish Airlines”ə məxsus təyyarə Vilnüs hava limanında eniş edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Litva KİV-i “Lietuvos oro uostai” (Litva hava limanları, LTOU) nümayəndəsinə istinadən xəbər verib.

"Turkish Airlines” aviaşirkətinin İstanbuldan Moskvaya uçan təyyarəsi bu gün saat 05:09-da Vilnüs hava limanına eniş edib. Təyyarə texniki problemlərə görə Moskvaya uçuşunu dayandırmalı olub", - o qeyd edib.

Texniki nasazlıqlar aradan qaldırıldıqdan sonra Moskvaya uçuşunu davam etdirməyən təyyarə saat 08:27-də İstanbula yola düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM