satellite   Azerspace-1: 11135 H 30000

Dmitri Peskov: ATƏT Ukraynada münaqişənin qarşısının alınmasında fəaliyyətsizlik göstərib

Dmitri Peskov: ATƏT Ukraynada münaqişənin qarşısının alınmasında fəaliyyətsizlik göstərib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) tənqid edib. O, bu təşkilatın Ukraynadakı münaqişənin qarşısının alınmasında fəaliyyətsiz olduğunu bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, Peskov ATƏT-in Baş katibi Feridun Sinirlioğlunun Moskvaya səfəri fonunda jurnalistlərlə söhbətində bildirib: “Təşkilatın belə imkanı olsa da, xüsusi hərbi əməliyyata səbəb olan şəraitin qarşısının alınmasında heç bir rol oynamadı”.

O deyib: “Təşkilatın böyük problemləri var. ATƏT xüsusi hərbi əməliyyat üçün şəraitin formalaşmasının qarşısını almaqda heç bir rol oynamadı, baxmayaraq ki, bunu edə bilərdi”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM