satellite   Azerspace-1: 11135 H 30000

İran XİN başçısı: Trampın yazdığı məktub ərəb dövləti vasitəsilə İrana veriləcək

İran XİN başçısı: Trampın yazdığı məktub ərəb dövləti vasitəsilə İrana veriləcək

ABŞ Prezidenti Donald Trampın İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə ünvanlandığı məktubu ərəb dövləti vasitəsilə Tehrana çatdırılacaq.

Naxçıvan televiziyası “İran İnternational”a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi təfərrüata varmadan bildirib.

Onun sözlərinə görə, məktub yazılsa da, Tehrana hələ çatmayıb.

Qeyd edək ki, ABŞ lideri müsahibəsində Seyid Əli Xaməneiyə martın 5-də məktub göndərdiyini demişdi.

İranın xarici işlər naziri Abbas Ərakçi isə həmin məktubu almadıqlarını bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM