Koloradoda təyyarədə yanğın olub, sərnişinlər təxliyə olunublar

Koloradoda təyyarədə yanğın olub, sərnişinlər təxliyə olunublar

ABŞ-nin Kolorado ştatının Denver Beynəlxalq Aeroportunda “American Airlines” şirkətinə məxsus təyyarədə yanğın baş verib, sərnişinlər təxliyə olunublar.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Mirror” yazıb.

Cümə axşamı axşam Denver Beynəlxalq Aeroportunda “American Airlines” təyyarəsi C38 qapısında olan zaman alışıb, hava gəmisində tüstülənmə baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinlərin təyyarəni tələsik tərk etdiyi, bəzilərinin isə təyyarənin qanadına çıxdığı görünür. Şahidlərin məlumatına görə, yanğının səbəbi reaktiv yanacağın alışması olub.

Aeroport rəhbərliyi bildirib ki, yanğınsöndürənlər hadisə yerində operativ işləyiblər. Təxliyə üçün fövqəladə traplar açılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM