satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırıb

ABŞ Ermənistan və Azərbaycanı sülh sazişini tezliklə imzalamağa çağırıb

ABŞ administrasiyası Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.

Dövlət katibi İrəvan və Bakını sənədi tezliklə imzalamağa çağırıb.

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinin bağlanması üzrə danışıqların başa çatmasını alqışlayır", - o qeyd edib.

Onun sözlərinə görə, bu, iki ölkəyə "səhifəni çevirməyə" və bununla da on illlərdir davam edən münaqişəni başa çatdırmağa imkan verəcək.

"İndi sülhə nail olmaq üçün öhdəlik götürmək, müqaviləni imzalamaq və ratifikasiya etmək vaxtıdır.

Eyni zamanda Cənubi Qafqaz xalqları üçün firavanlığın yeni dövrünün başlanğıcını qeyd etməyin zaman çatıb", - sənəddə bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM