satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Prezidenti: Bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir

Qazaxıstan Prezidenti: Bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir

“Onilliklər ərzində dinamik iqtisadi artmın möhkəm bazasını təmin edə biləcək yeni enerji sənayesi yaratmaq lazımdır”.

Naxçıvan televiziyası “Akorda”nın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Burabayda Milli Qurultayın iclasında söyləyib. “Məhz bu səbəbdən bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir. Nəticədə tam funksional nüvə klasteri formalaşdırılmalıdır”, - deyə o bildirib.

2024-cü il oktyabrın 6-da Qazaxıstanda keçirilmiş respublika referendumunda əhalinin əksəriyyəti AES-in tikintisini dəstəkləmişdi.

Qeyd edək ki, Qazaxıstan ilk AES-in tikintisi üçün namizədlər müəyyən edib. Siyahıya müxtəlif ölkələrdən dörd şirkət daxil edilib: Çinin CNNC, Cənubi Koreyanın KHNP, Rusiyanın “Rosatom” və Fransanın EDF şirkəti.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM