satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin vitse-prezidenti: Avropa “sivilizasiya intiharı” riski altındadır

ABŞ-nin vitse-prezidenti: Avropa “sivilizasiya intiharı” riski altındadır

ABŞ-nin vitse-prezidenti Jey Di Vens deyib ki, Avropa ölkələri sərhədlərinə nəzarət edə bilməməklə və vətəndaşların söz azadlığını məhdudlaşdırmaqla “sivilizasiya intiharı” riski daşıyır.

Naxçıvan televiziyası xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.

"Avropa sivilizasiya intiharı ilə üz-üzədir. Onlar sərhədlərinə nəzarət edə bilmirlər, ya da istəmirlər. İndi gördüklərimiz, buna qarşı çıxmaq cəhdləri yaxşıdır, bu, düzgün addımdır. Amma siz həm də görürsünüz ki, onlar öz vətəndaşlarının söz azadlığını məhdudlaşdırmağa başlayırlar, hətta o vətəndaşlar sərhəd işğalı kimi şeylərə etiraz etdikdə belə. Donald Tramp və bir sıra Avropa liderlərinin seçilməsinə səbəb olan bu cür etiraz əhval - ruhiyyəsi idi", - Vens deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM