satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna qoşunları Sucanı tərk edib

Ukrayna qoşunları Sucanı tərk edib

Ukrayna müdafiə qüvvələri Kursk vilayətindəki Suca rayon mərkəzini tərk edərək Rusiya-Ukrayna sərhədinə yaxınlaşıb.

Naxçıvan televiziyası Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün dərc etdiyi Kursk istiqamətindəki xəritəyə əsasən məlum olub.

Suca rayonunda Ukrayna bölmələrinin nəzarətində sərhəddən təxminən 5-6 km məsafədə yerləşən Oleşnya və Qoqolevka yaşayış məntəqələri qalır.

"Son sutka ərzində Kursk istiqamətində 20 toqquşma baş verib. Düşmən 19 aviasiya zərbəsi endirib, 28 idarə olunan bomba atıb, 232 artilleriya atəşi açıb ki, bunun üçü reaktiv yaylım atəş sistemlərindən açılan atəşdir", - Baş Qərargahın məlumatında bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM