satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN: Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır

Türkiyə XİN: Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır

Türkiyə Xarici İşlər Nazirliyi Krım yarımadasının qanunsuz ilhaqının 11-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bəyanatda Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib.

Sənəddə Ankaranın bu durumu qəbuledilməz hesab etdiyi, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyi qeyd olunub: “Krım tatar türklənin durumu başda olmaqda yarımadadakı vəziyyət yaxından izləməyi və mövcud prosesləri beynəlxalq ictimaiyyətin gündəmində saxlayacağıq".

Xatırladaq ki, Rusiyanın Krım yarımadasını işğal etməsi 2014-cü il fevralın 20-də qoşunların yeridilməsi və strateji obyektlərin ələ keçirilməsi ilə başlayıb. Martın 16-da Rusiya hərbçilərinin nəzarəti altında “referendum” keçirilib. İki gün sonra isə Rusiya müvafiq “sənəd” imzalayaraq Krımın “ilhaq”ını elan edib. Martın 27-də BMT Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü təsdiqləyən qətnamə qəbul edib.

Krımın işğalı davam edir və Azərbaycan daxil olmaqla dünya ictimaiyyəti onun ilhaqını tanımır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM