satellite   Azerspace-1: 11135 H 30000

Kyodo: Yaponiya Kyuşu adasında uzaqmənzilli raketlər yerləşdirməyi planlaşdırır

Kyodo: Yaponiya Kyuşu adasında uzaqmənzilli raketlər yerləşdirməyi planlaşdırır

Yaponiya hökuməti cənub-qərbdəki Kyuşu adasında uzaqmənzilli raketlər yerləşdirməyi nəzərdən keçirir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Kyodo agentliyi mənbələrə istinadən məlumat yayıb.

Vurğulanıb ki, xəbərlər yerli sakinlər arasında raketlərin potensial düşmənin hədəfinə çevrilə biləcəyi ilə bağlı narahatlıq yaradır. Söhbət təxminən 1000 km-ə çatan “Yer-gəmi” tipli “Tip-12” raketlərinin modernləşdirilmiş variantından gedir.

Raketlər Kyuşuya yerləşdirilərsə, Koreya Xalq Demokratik Respublikasının və Çinin sahilyanı əraziləri uçuş məsafəsində olacaq. Tyerləşdirmənin təxminən 2026-cı ilin martında başlaması gözlənilir.

Eyni zamanda, agentliyin qeyd etdiyi kimi, Yaponiya hökumətinin bu cür raketləri Çinə daha yaxın olan Okinavada yerləşdirməsi ehtimalı azdır, çünki bu, Pekinlə münasibətlərdə gərginliyi artıra bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM