satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də qasırğa qurbanlarının sayı 36-ya çatıb

ABŞ-də qasırğa qurbanlarının sayı 36-ya çatıb

ABŞ-ni vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Biz Cənub və Orta Qərbdə bir çox ştatları vuran şiddətli tornado və tufanları fəal şəkildə izləyirik - 36 günahsız insan həlak olub", - paylaşımda deyilir.

ABŞ KİV-lərinin məlumatına görə, təbii fəlakətin qurbanları Alabama, Arkanzas, Missuri, Kanzas, Missisipi, Oklahoma və Texas ştatlarının sakinləridir.

Tramp əlavə edib ki, dağıntıların nəticələrini aradan qaldırmaq və yerli hakimiyyət orqanlarına yardım göstərmək üçün Arkanzas ştatına ABŞ Milli Qvardiya bölmələri yerləşdirilib.

“Associated Press”in məlumatına görə, tornadolara, toz fırtınalarına, 100-dən çox meşə yanğınına səbəb olan fəlakət 100 milyondan çox insanın yaşadığı əraziyə təsir edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM