satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan Antikorrupsiya Komitəsinin sədri vəzifəsinə Naapetyanın namizədiyini təklif edib

Paşinyan Antikorrupsiya Komitəsinin sədri vəzifəsinə Naapetyanın namizədiyini təklif edib

Ermənistan baş naziri Nikol Paşinyan Antikorrupsiya Komitəsinin rəhbəri vəzifəsinə İstintaq Komitəsinin sədr müavini Artur Naapetyanın təyin edilməsini təklif edir.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə N.Paşinyan sosial şəbəkə hesabında yazıb.

Daha əvvəl məlum olmuşdu ki, üç namizəd - Artur Naapetyan, Petros Martirosyan və Gevorg Koçaryan Antikorrupsiya Komitəsinin sədri vəzifəsinə müsabiqədən keçiblər.

N.Paşinyan qeyd edib ki, hər üç namizədlə görüşlər keçirib və seçimini A.Naapetyanın üzərində saxlayıb.

Onun namizədliyi təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM