satellite   Azerspace-1: 11135 H 30000

Kallas: Aİ ölkədəki hadisələrə baxmayaraq Suriyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək

Kallas: Aİ ölkədəki hadisələrə baxmayaraq Suriyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək

Avropa İttifaqı (Aİ) Suriyadakı zorakılıqlara baxmayaraq, bu ölkəyə qarşı sanksiyaların ləğvini davam etdirəcək.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə jurnalistlərə bildirib.

"Bu çox mürəkkəb müzakirədir. Biz görmək istərdik və görürük ki, Suriya hakimiyyəti bu zorakılıqları törədən şəxsləri məsuliyyətə cəlb edir. Sanksiyaların ləğvini davam etdirəcəyik", - o bildirib.

Onun sözlərinə görə, sanksiyaların ləğvi əhaliyə əsas xidmətlərin göstərilməsinə kömək edir, o cümlədən bank sektoruna çıxışı təmin edir: "Bütün bunları müzakirə edəcəyik, lakin hazırda sanksiyaların ləğvi istiqamətində irəliləyirik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM