satellite   Azerspace-1: 11135 H 30000

Ömer Çelik: Ermənistanın konstitusiyanı dəyişdirməsi vacibdir

Ömer Çelik: Ermənistanın konstitusiyanı dəyişdirməsi vacibdir

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekunlaşmasına münasibət bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə partiyanın sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.

O, bunu mühüm addım kimi qiymətləndirib: “Tərəflər arasında iki məsələ barədə fikir ayrılığı var idi. İndi isə Azərbaycanla Ermənistan arasında sülh üçün demək olar ki, bütün məqamlarda razılıq əldə olunub. Bu, Qafqazda sülh üçün mühüm mərhələdir”.

Ö.Çelik söyləyib ki, bundan sonra Ermənistanın Azərbaycana qarşı qanunvericilik aktlarını, o cümlədən konstitusiyasını dəyişdirməsi vacibdir.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların yekunlaşdığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM