satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada yanğında beş uşaq ölüb

Rusiyada yanğında beş uşaq ölüb

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında yanğın nəticəsində beşi uşaq olmaqla 6 nəfər ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Qeyd olunub ki, hadisə gecə saatlarında rayonun Vpered kəndindəki mənzillərin birində baş verib.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gələn zaman açıq yanğın olmayıb. Yanğın 2,5 kvadratmetr ərazini əhatə edib. Yanğınsöndürənlər mənzildə həyat əlaməti olmayan 5 uşaq (2017, 2019, 2019-cu il təvəllüdlü üç qız və 2021-ci il təvəllüdlü iki oğlan) və 33 yaşlı kişini aşkar ediblər”, - məlumatda deyilir.

Vurğulanıb ki, hadisə yerində müvafiq qurumların əməkdaşları işləyirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM