satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd olunur

Türkiyədə Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd olunur

Bu gün Türkiyədə Şəhidləri Anma və Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd olunur.

Naxçıvan televiziyası “Anadolu” agentliyinə istinadla xəbər verir ki, qardaş ölkənin milli müdafiə naziri Yaşar Gülerin də iştirak etdiyi Çanaqqalada keçirilən mərasimdə Dövlət Bayrağı göylərə çəkilib. Nazir, həmçinin Türkiyə Böyük Millət Məclisi tərəfindən 1994-cü ildə 253 min şəhidin xatirəsinə təsis olunmuş “Çanaqqala keçilməz” qızıl medalını bayrağa sancıb. Sonra Zəfər şərəfinə toplardan 21 yaylım atəşi açılıb.

Mərasimdə Türkiyə parlamentinin üzvləri, vali və bələdiyyə sədrləri iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM