satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqında Ukraynaya yardımla bağlı qərar qəbul edilməyəcək

Avropa İttifaqında Ukraynaya yardımla bağlı qərar qəbul edilməyəcək

Bu həftə Avropa İttifaqı ölkələri çətin ki, Ukraynaya 40 milyard avro həcmində hərbi yardımın göstərilməsi ilə bağlı razılığa gələ və yekun qərar qəbul edə bilsin.

Naxçıvan televiziyası xəbər verir ki, “Bloomberg” agentliyinin mənbələrinə istinadla yaydığı məlumata görə, üzv dövlətlərin əksəriyyəti Ukraynaya yardım üzrə razılaşmanın tərəfdarı olsalar da, bəzi ölkələr, o cümlədən Fransa və İtaliya bunun üçün daha çox vaxtın və əlavə təfərrüatların verilməsini vacib sayıb. Macarıstan isə uzun müddətdir ki, Ukraynaya hərbi və ya digər yardımın göstərilməsinin əleyhinə çıxır.

Eyni zamanda, Brüssel digərləri ilə müqayisədə Ukraynaya daha az dəstək verən ölkələrə təzyiq göstərmək niyyətindədir.

Qeyd edək ki, martın 17-də Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas üzv ölkələrin Ukraynaya yardım planı ilə bağlı razılığa gələ bilmədiyini elan edib. Buna baxmayaraq, Avropa İttifaqı dövlətlərinin xarici işlər nazirləri danışıqları davam etdirir və gələcəkdə kompromisin əldə ediləcəyi istisna olunmur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM