satellite   Azerspace-1: 11135 H 30000

Kiyev Donald Trampın Odessanın Rusiyaya verilməsi ilə razılaşacağından ehtiyatlanır

Kiyev Donald Trampın Odessanın Rusiyaya verilməsi ilə razılaşacağından ehtiyatlanır

Volodimir Zelenskinin köməkçiləri ABŞ Prezidenti Donald Trampın Odessa şəhərinin Rusiyaya verilməsi ilə razılaşacağından ehtiyatlanır.

Naxçıvan televiziyası xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə bu gün gözlənilən telefon danışığından öncə rusiyalı həmkarı ilə “əraziləri” müzakirə etməyi planlaşdırdığını bildirib.

Birləşmiş Ştatların dövlət başçısı konkret hansı bölgələrdən bəhs etdiyini açıqlamasa da, Ağ ev Moskvanın ərazilərə nəzarəti əlində saxlaya biləcəyini aydın şəkildə vurğulayıb. Volodimir Zelenskinin köməkçiləri isə Donald Trampın Ukraynanın digər bölgələrində, o cümlədən Odessa limanında Vladimir Putinin istəklərinə boyun əyə biləcəyindən narahatdır.

Qeyd edək ki, bir müddət öncə “Semafor” portalı Donald Tramp administrasiyasının Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanmasına dair razılaşmanın bir hissəsi kimi Krımın rəsmi Rusiya ərazisi olaraq tanınmasını nəzərdən keçirdiyini yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM