satellite   Azerspace-1: 11135 H 30000

Tramp: Rusiya və Ukrayna arasında atəşkəs sazişinin bir çox bəndi razılaşdırılıb

Tramp: Rusiya və Ukrayna arasında atəşkəs sazişinin bir çox bəndi razılaşdırılıb

Rusiya və Ukrayna arasında atəşkəs sazişinin bir çox elementi artıq razılaşdırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb.

"Bu gün Prezident Vladimir Putinlə Ukraynadakı müharibə barədə danışacağam. Yekun sazişin bir çox elementi razılaşdırılıb, lakin hələ görülməli çox iş var", - o yazıb.

Xatırladaq ki, ötən həftə Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüş keçirilib. Danışıqlarda ABŞ tərəfi Rusiya ilə 30 günlük hərtərəfli atəşkəsin tətbiq edilməsini təklif edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM