satellite   Azerspace-1: 11135 H 30000

HƏMAS: Qəzzada hərbi əməliyyatların bərpası girovlar üçün ölüm hökmüdür

HƏMAS: Qəzzada hərbi əməliyyatların bərpası girovlar üçün ölüm hökmüdür

HƏMAS İsrailin Qəzza zolağında döyüş əməliyyatlarını yenidən başlatmaq qərarını girovlar üçün "ölüm hökmü" adlandırıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın nümayəndəsinin müvafiq bəyanatı hərəkatın telegram kanalında dərc olunub.

“İsrailin Baş naziri Benyamin Netanyahu təkcə ərzaq və dərmanların çatdırılmasına mane olmayıb, həm də Qəzzadakı uşaqları öldürüb. İşğalçı bütün dünya və vasitəçilər qarşısında öhdəliklərini yerinə yetirməyib. Netanyahu daxili böhranlardan özünü xilas etmək üçün məhvetmə müharibəsini yenidən başlatmaq qərarına gəlib", - hərəkatın bəyanatında bildirilib.

Qeyd edilib ki, İsrailin müharibəyə qayıtması əsirləri qurban vermək və "onlara ölüm hökmü çıxarmaq" qərarıdır. HƏMAS-ın nümayəndəsi vurğulayıb ki, İsrailin addımları "ərəb və İslam ölkələrindən, eləcə də beynəlxalq ictimaiyyətdən mülki əhaliyə qarşı qəddarlığın qarşısını almaq üçün tədbirlər görməyi tələb edir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM