satellite   Azerspace-1: 11135 H 30000

İsrailin Qəzzaya hücumları zamanı HƏMAS-ın liderlərindən biri ölüb

İsrailin Qəzzaya hücumları zamanı HƏMAS-ın liderlərindən biri ölüb

Qəzza zolağında HƏMAS tərəfindən nəzarət olunan hökumətin faktiki baş naziri İssam əd-Daalis İsrail hərbi aviasiyasının ötən gecə anklavın ərazisinə endirdiyi hava zərbələri nəticəsində öldürülüb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Kanalın mənbələrinin məlumatına görə, mərmi əd-Daalisin olduğu evə düşüb.

Bundan əlavə, telekanalın məlumatına görə, İsrail bombardmanı zamanı HƏMAS-ın Qəzzadakı hökumətinin daxili işlər nazirinin müavini Mahmud Əbu Vatfa da öldürülüb.

HƏMAS tərəfindən bu məlumata hələlik rəsmi şərh verilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM