satellite   Azerspace-1: 11135 H 30000

İsrailin Qəzzaya hücumu nəticəsində BMT əməkdaşı həlak olub

İsrailin Qəzzaya hücumu nəticəsində BMT əməkdaşı həlak olub

İsrail Silahlı Qüvvələrinin Qəzza sektoruna zərbə endirməsi nəticəsində BMT-nin himayəsi altında fəaliyyət göstərən təşkilatın ən azı bir əməkdaşı həlak olub, daha beş nəfər isə yaralanıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

"İsrailin Qəzzanın mərkəzinə hava hücumu nəticəsində BMT-yə məxsus təşkilatlarda çalışan altı əcnəbi yaralanıb. Onlardan biri "Şuhada əl-Əqsa” xəstəxanasına çatdırıldıqdan sonra ölüb", - nazirliyin “Telegram” kanalında bildirilib.
Onların BMT-nin hansı strukturlarında işlədikləri barədə məlumat verilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM