satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan BMT-yə hərbi attaşe təyin edəcək

Ermənistan BMT-yə hərbi attaşe təyin edəcək

Ermənistan ölkənin BMT yanındakı daimi nümayəndəliyinə hərbi attaşe təyin edəcək.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar hökumətin martın 20-də keçirilən iclasında qəbul edilib.

Müdafiə məsələləri üzrə attaşe BMT Katibliyinin Sülhməramlı Əməliyyatlar Departamenti (DPO) ilə əməkdaşlığı gücləndirməyə çalışacaq.

Məlumatda qeyd olunur ki, bu, Ermənistan sülhməramlı qüvvələrinin imkanlarının artırılmasına və onların BMT-nin sülhməramlı missiyalarında iştirakının genişləndirilməsinə töhfə verməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM