satellite   Azerspace-1: 11135 H 30000

İsrailin Qəzzaya yeni zərbələri nəticəsində 70-dən çox fələstinli ölüb

İsrailin Qəzzaya yeni zərbələri nəticəsində 70-dən çox fələstinli ölüb

İsrailin Qəzza zolağını yenidən bombalamağa başlamasından sonra martın 20-də anklava endirilən aviazərbələr nəticəsində azı 70 fələstinli ölüb, onlarla fələstinli yaralanıb.

Naxçıvan televiziyası “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qəzzanın səhiyyə rəsmisi bildirib.

Həkimlər bildiriblər ki, zərbələr Qəzzanın şimal və cənubunda bir neçə evi hədəf alıb.

Xatırladaq ki, yanvar ayından bəri davam edən atəşkəsin pozulmasından sonra İsrail martın 19-da Qəzzaya kütləvi hücumları bərpa edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM