satellite   Azerspace-1: 11135 H 30000

KİV: Ermənistan hökuməti geosiyasi dəyişikliklər fonunda Rusiya ilə əməkdaşlığı gücləndirir

KİV: Ermənistan hökuməti geosiyasi dəyişikliklər fonunda Rusiya ilə əməkdaşlığı gücləndirir

Ermənistanın baş naziri Nikol Paşinyan son geosiyasi dəyişikliklər fonunda bütün dövlət qurumlarına rusiyalı həmkarları ilə əlaqələri və təmasları bərpa etməyi, həmçinin birgə tədbirlərdə fəal iştirak etməyi tapşırıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edir ki, Paşinyanın mayın 9-da Moskvada keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Rusiyaya səfəri gözlənilir və Rusiya lideri ilə görüş Ermənistan hökumətinin gələcək taleyinə aydınlıq gətirəcək.

Qəzet bunun Rusiyanın regiondakı mövqelərini gücləndirməsi ilə əlaqəli olduğunu vurğulayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM