satellite   Azerspace-1: 11135 H 30000

Kreml Ermənistanla ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir

Kreml Ermənistanla ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir

Rusiya Ermənistanı dost ölkə hesab edir və ikitərəfli münasibətləri daha da inkişaf etdirmək niyyətindədir.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın bütün qurumlara rusiyalı həmkarları ilə əlaqələri bərpa etməyi tapşırması ilə bağlı mətbuatda yayılan xəbərləri belə şərh edib.

“Əslində, Rusiya ilə Ermənistan arasında münasibətlər kəsilməyib. Onları kəsmək olmaz. Ermənistan bizim üçün dost ölkədir. Bu, suveren dövlətdir, lakin bizim həm ikitərəfli, həm tarixi, həm də mədəni baxımdan, həm də Avrasiya İqtisadi Birliyi kimi mühüm inteqrasiya ittifaqında birgə iştirak etmək baxımından çoxlu ortaq cəhətlərimiz var. Ermənistan tərəfinin ikitərəfli münasibətlərimizin perspektivlərinə belə qarşılıqlı münasibəti, təbii ki, bizi daha çox razı salır və biz onları hər cür inkişaf etdirməyə hazırıq”, - Peskov deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM