satellite   Azerspace-1: 11135 H 30000

KİV: ABŞ Ukraynaya silah tədarükünü davam etdirir

KİV: ABŞ Ukraynaya silah tədarükünü davam etdirir

ABŞ rəhbərliyinin nümayəndələri hələ ki, Ukraynaya silah tədarükünün məhdudlaşdırılmasına razılıq verməyiblər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Bloomberg” rəsmilərə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Kiyevə silah tədarükünün azaldılması Rusiya tərəfinin atəşkəs üçün şərtlərindən biri idi. Lakin Ağ Ev hələlik bu məsələ ilə bağlı qərar verməyib.

"Ağ Ev əvvəllər Ukraynaya yardımını dayandırmışdı. Lakin hazırda ABŞ heç bir məhdudiyyətlə razılaşmayıb", - agentlik yazır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın əvvəlində Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatlarının verilməsini bərpa etdiyini və hazırda Rusiya məhsullarına əlavə rüsumların tətbiqi, həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını nəzərdən keçirdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM