satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda sosial şəbəkələrdə insanları qanunsuz aksiyaya çağıran 138 şübhəli saxlanılıb

İstanbulda sosial şəbəkələrdə insanları qanunsuz aksiyaya çağıran 138 şübhəli saxlanılıb

İstanbulda Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra sosial media vasitəsilə insanları aksiyaya çağıran 138 şübhəli saxlanılıb.

Naxçıvan televiziyası “Haber Global”a istinadən xəbər verir ki, polis 21-24 mart tarixləri arasında sosial şəbəkələrdə insanları küçəyə çağıraraq vətəndaşlarda qorxu və təşviş yaradan, nifrət və düşmənliyə sövq edənlərə qarşı fəaliyyətə başlayıb.

Əməliyyat tədbirləri zamanı martın 21-də üç şübhəli saxlanılıb. Onlar məhkəmənin qərarı ilə həbs olunublar.

Martın 22-də saxlanılan 58 şübhəlidən altısı ev dustaqlığına buraxılıb, ikisi isə həbs edilib. Digər şübhəlilər də şərti olaraq sərbəst buraxılıblar.

Martın 23-də beş şübhəli saxlanılıb. Onlardan biri həbs olunub.

Martın 24-də saxlanılan 72 şübhəli ilə bağlı araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM