satellite   Azerspace-1: 11135 H 30000

Antarktidada dənizin dərinliklərində inkişaf edən ekosistem kəşf olunub

Antarktidada dənizin dərinliklərində inkişaf edən ekosistem kəşf olunub

Alimlər Antarktidada böyük bir aysberq qopduqdan sonra ilk dəfə üzə çıxan, dəniz dibində qəribə canlılardan ibarət inkişaf edən yeni ekosistem kəşf ediblər.

Naxçıvan televiziyası “The Independent”ə istinadla xəbər verir ki, alimlərə görə, bu ekosistem bir neçə əsrlik ola bilər. Schmidt Okean İnstitutunun tədqiqatçıları bildiriblər ki, indiyədək insanlar tərəfindən kəşf edilməmiş bu ərazidə nəhəng mərcanlar və süngərlər yaşayır, onlar isə dəniz hörümçəkləri, ahtapotlar və buz balıqları da daxil olmaqla müxtəlif canlılara həyat məkanı yaradır.

Tədqiqat zamanı alimlər dəniz səthindən 1300 metr dərinlikdə aparılan bu müşahidələrin, Antarktida buz örtüyünün altındakı ekosistemlərin fəaliyyətini anlamağa yeni imkanlar yaratdığını vurğulayıblar.

Hazırda Antarktidanın üzən buz qalxanlarının altında yaşayan canlılar haqqında olduqca az məlumat mövcuddur. Lakin 2021-ci ildə aparılan bir Britaniya araşdırması “Filchner-Ronne” buzlaq qalxanının altında dəniz dibində yaşayan canlılara dair ilk əlamətləri ortaya qoymuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM