satellite   Azerspace-1: 11135 H 30000

Simonyan: Ermənistan və KTMT münasibətlərində heç nə dəyişməyəcək

Simonyan: Ermənistan və KTMT münasibətlərində heç nə dəyişməyəcək

Ermənistan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) münasibətlərində dəyişikliklər gözlənilmir.

Naxçıvan televiziyası yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

"KTMT məsələsində nəyinsə dəyişəcəyini düşünmürəm. Münasibətlərdə nəyi yenidən nəzərdən keçirmək lazımdır? KTMT, ilk növbədə, özü mövcud olub-olmadığını anlamalıdır", - o, jurnalistlərə deyib.

A.Simonyan həmçinin qeyd edib ki, Ermənistan və Rusiya münasibətlərində heç nə dəyişməyib: "Bizim istiqaməti dəyişdiyimiz barədə qiymətləndirmələr həqiqətə uyğun deyil".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM