satellite   Azerspace-1: 11135 H 30000

Lavrov: Rusiya və ABŞ prezidentlərinə danışıqların nəticələri barədə məlumat verilib

Lavrov: Rusiya və ABŞ prezidentlərinə danışıqların nəticələri barədə məlumat verilib

Rusiya və ABŞ prezidentlərinə Səudiyyə Ərəbistanında keçirilmiş danışıqların nəticələri barədə məlumat verilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Birinci kanal"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiya Ər-Riyadda keçirilən danışıqlarda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini müzakirə ediblər: "Rusiya Qara dəniz təşəbbüsünün bərpasının tərəfdarıdır, lakin hamı üçün daha məqbul formada. Moskva yeni sülh təşəbbüsündə ikimənalılığın olmamasında və Rusiyanın aydın zəmanətlərə malik olmasında israr edir".

S.Lavrovun fikrincə, Moskva istəyir ki, heç kim onu taxıl və gübrə bazarından uzaqlaşdırmağa çalışmasın.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM