satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul edib

Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul edib

Ermənistan parlamenti respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qanun layihəsi bir sıra ictimai və siyasi təşkilatların təşəbbüsü çərçivəsində irəli sürülüb, onlar bu layihə üçün 60 min imza toplayıblar.

Qanun layihəsinin qəbul edilməsinin lehinə 64, əleyhinə 7 deputat səs verib.

Hakim "Vətəndaş müqaviləsi" fraksiyasının nümayəndələri qanunun qəbul edilməsinin lehinə, "Şərəfim var" müxalifət fraksiyasının deputatları əleyhinə səs veriblər, "Ermənistan" müxalifət fraksiyasının nümayəndələri isə səsvermədə iştirak etməyiblər.

Yanvarın 9-da Ermənistan hökuməti respublikanın Avropa İttifaqına daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistanın Aİ-yə daxil olması ilə bağlı qərar ümumxalq referendumu yolu ilə qəbul edilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM