satellite   Azerspace-1: 11135 H 30000

Ukraynaya 909, Rusiyaya isə 43 hərbçinin meyiti qaytarılıb

Ukraynaya 909, Rusiyaya isə 43 hərbçinin meyiti qaytarılıb

Rusiya və Ukrayna arasında müharibədə həlak olanların meyitlərinin mübadiləsi baş tutub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “RBK”ya Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib.

Məlumata görə, Ukraynaya 909, Rusiya tərəfinə 43 hərbçinin meyiti qaytarılıb.

Bundan əvvəl tərəflər arasında həlak olanların meyitlərinin mübadiləsi fevralın 14-də baş tutmuşdu. Həmin vaxt Rusiyaya 45, Ukraynaya isə 757 hərbçinin meyiti təhvil verilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM