satellite   Azerspace-1: 11135 H 30000

Uqandada meymunçiçəyinə yoluxanların sayı 4,8 mini keçib, 37 nəfər ölüb

Uqandada meymunçiçəyinə yoluxanların sayı 4,8 mini keçib, 37 nəfər ölüb

Uqandada meymunçiçəyi (mpox) epidemiyasının elan edilməsindən sonra son səkkiz ay ərzində təsdiqlənmiş xəstəlik hallarının ümumi sayı 4 810 nəfərə çatıb.

Naxçıvan televiziyası “Sinhua”ya istinadən məlumatına görə, bu, Uqanda Səhiyyə Nazirliyinin məlumatlarında əks olunub.

Qurumun hesabatına əsasən, bu müddət ərzində ölənlərin sayı 37 nəfər təşkil edib.

“Son 24 saat ərzində 13 yeni yoluxma, 6 ölüm faktı qeydə alınıb. Mpox xəstəliyinə yoluxma halları artmaqda davam edir, nəzərəçarpacaq pik həddi 2025-ci ilin martında baş verir. Ən çox yoluxmuş demoqrafik qrup 25-29 yaş arası insanlardır”, – məlumatda deyilir.

Qeyd edək ki, cümə günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, Uqandada dünyada meymunçiçəyinə yoluxma hallarının ən böyük sayı qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM