satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda restoran yaxınlığında bir nəfər öldürülüb, dörd nəfər yaralanıb

Ermənistanda restoran yaxınlığında bir nəfər öldürülüb, dörd nəfər yaralanıb

Ermənistanın Kotayk vilayətinin Çarentsavan şəhərində qətl hadisəsi baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "shamshyan.com" kriminal xəbərlər saytı məlumat yayıb.

Məlumata görə, şəhərdə tanınmış restoran yaxınlığında baş vermiş hadisə nəticəsində 21 yaşlı Rubik Xanoyan öldürülüb, daha dörd nəfər yaralanıb.

Qeyd olunub ki, yaralılar Çarentsavandakı tibb mərkəzindən təcili yardım maşını ilə Yerevana, Mikaelyan adına xəstəxanaya çatdırılıblar.

Müstəntiqlər və polis hadisənin təfərrüatlarını araşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM