satellite   Azerspace-1: 11135 H 30000

Tehran Trampa cavab olaraq Vaşinqtonla birbaşa danışıqları rədd edib

Tehran Trampa cavab olaraq Vaşinqtonla birbaşa danışıqları rədd edib

Tehran ABŞ Prezidenti Donald Trampa cavab məktubunda Vaşinqtonla birbaşa danışıqlardan imtina edib, yalnız vasitəçilik üçün pəncərə açılıb.

Naxçıvan televiziyası "Tasnim News"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.

Pezeşkian qeyd edib ki, İran amerikalı həmkarının məktubuna cavabı Oman vasitəsilə göndərib.

“İran vasitəçilik yolu ilə danışıqlara açıq olduğunu bəyan edir və heç vaxt danışıqlardan yayınmadığını vurğulayır", - Pezeşkian bildirib.

İran Prezidenti əlavə edib ki, yerinə yetirilməmiş vədlər İran və ABŞ arasında etimadın bərpası ilə bağlı problemlərə gətirib çıxarıb, danışıqların taleyini Vaşinqtonun davranışı müəyyənləşdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM