satellite   Azerspace-1: 11135 H 30000

Əcnəbilərin Gürcüstanda işləməsinə məhdudiyyət qoyula bilər

Əcnəbilərin Gürcüstanda işləməsinə məhdudiyyət qoyula bilər

Gürcüstan Daxili İşlər Nazirliyi yerli bazarda xarici miqrantların işə götürülməsi məsələsinin tənzimlənməsi və onlar üçün kvotaların tətbiqi üzərində işləyir.

"NTV" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.

"Bu sahədə qanunvericiliyin natamamlığı səbəbindən gürcü işçilərin öz işlərini itirməsi, onların yerini isə əcnəbilərin tutması kimi hallar yaranır. Eyni zamanda, onlara qarşı heç bir tələb irəli sürülmür, işəgötürən isə dövləti məlumatlandırmağa məcbur deyil. Buna görə də məsələ tənzimlənəcək və biz parlamentə dəyişikliklər paketi təqdim edəcəyik. Bu, bizə vəziyyətə nəzarət etməyə və bu gün mövcud olan təhdidlərdən qaçmağa imkan verəcək", - o qeyd edib.

Nazir müavininin sözlərinə görə, bir çox ölkələrdə xarici vətəndaşların işə götürülməsi üçün kvotaların müəyyən edilməsi təcrübəsi mövcuddur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM