satellite   Azerspace-1: 11135 H 30000

İsrail Qəzzada atəşkəslə bağlı Trampın şərtlərini qəbul edib

İsrail Qəzzada atəşkəslə bağlı Trampın şərtlərini qəbul edib

İsrail ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs təklifini qəbul edib.

NTV  xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Budapeştdə macar həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında bildirib.

"İsrail müharibənin dayandırılması haqqında tammiqyaslı sazişi qəbul etməyə hazırdır. Bu saziş girovların azad edilməsini və HƏMAS-ın silahdan imtina etməsini əhatə edəcək", - o bəyan edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp HƏMAS-a "sonuncu dəfə xəbərdarlıq" edərək, İsrailin Qəzzada müharibənin dayandırılması şərtlərini qəbul etdiyini bildirib. Tramp söhbətin hansı şərtlərdən getdiyini dəqiqləşdirməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM