satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstan sahillərində 5,2 maqnitudada zəlzələ olub

Yunanıstan sahillərində 5,2 maqnitudada zəlzələ olub

Egey dənizinin Yunanıstan sahillərində 5,2 maqnitudada zəlzələ baş verib.

NTV xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Seysmoloqların məlumatına görə, zəlzələ UTC vaxtı ilə saat 21.27-də (Bakı vaxtı ilə saat 01:27) təxminən 664 min nəfərin yaşadığı Afinadan 37 kilometr şimal-şərqdə və təxminən 15 min nəfər əhalisi olan Nea-Makri şəhərindən 14 kilometr şimal-şərqdə baş verib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Qurbanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM