satellite   Azerspace-1: 11135 H 30000

Nepal Prezidentinin istefası barədə xəbər təkzib edilib

Nepal Prezidentinin istefası barədə xəbər təkzib edilib

Nepal Prezidentinin administrasiyası onun istefası barədə məlumatı təkzib edib.

NTV xəbər verir ki, bu barədə Rusiya KİV-ləri "India Today"ə istinadən xəbər verir.

"Etirazlar fonunda Prezidentin istefa verdiyinə dair məlumatlara baxmayaraq, o istefa verməyib", - nəşr administrasiyanın bəyanatını sitat gətirir.

16:20

Nepal Prezidenti Ram Çandra Paudel istefa verib.

NTV  xəbər verir ki, bu barədə Hindistan KİV-i məlumat yayıb.

Məlumata görə, etirazçılar ölkənin "onların nəzarətinə keçdiyini" bəyan edib və seçkilərə hazırlığa başlamağa çağırıblar.

Bildirilir ki, Katmanduda Prezident ofisi yanır, baş nazir vertolyotla qaçıb, hava limanı isə bağlanıb, bu səbəbdən xarici turistlər ölkəni tərk edə bilmirlər.

KİV həmçinin bildirir ki, etirazçılar keçmiş Baş nazir Şer Bahadur Deuba, onun həyat yoldaşı və hazırkı xarici işlər nazirinə hücum edib, həmçinin sabiq baş nazir Nath Khanalın evini yandırıblar. KİV-in məlumatına görə, yanğın zamanı evdə onun həyat yoldaşı olub, o, vəfat edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM